Digər

Ukraynada hökumət - İSTEFAYA GÖNDƏRİLDİ

Ukraynada hökumət - İSTEFAYA GÖNDƏRİLDİ | FED.az
20:58 4 Mart 2020

Ukrayna Ali Radası Baş Nazir Aleksey Qonçarukun rəhbərliyi ilə hökuməti istefaya göndərib.

Eləcə də bax: Ukraynada azərbaycanlılara - BÖYÜK VƏZİFƏ VERİLDİ - ADLAR -SİYAHI

FED.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qərarın lehinə 353 millət vəkili səs verib. Bununla da Ukraynanın hazırkı hökuməti tam tərkibdə buraxılıb.

Qərardan əvvəl parlamentdə çıxış edən Prezident Vladimir Zelenski Ali Radaya Denis Şmıqalı ölkənin yeni Baş Naziri təyin etməyi təklif edib.

Qeyd edək ki, Qonçaruk istefa ərizəsini Ali Radaya dünən təqdim etmişdi.

Digər xəbərlər