Digər

Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi - KÜTLƏVİ ŞƏKİLDƏ ALIR

Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi - KÜTLƏVİ ŞƏKİLDƏ ALIR | FED.az
11:02 3 Avq 2020

Dünyanın ən varlı ölkələri artıq 1,3 milyard dozadan çox koronavirus əleyhinə peyvənd alışı üzrə müqavilələr imzalayıb.

Eləcə də bax: Koronavirusa qarşı peyvəndin qiyməti - AÇIQLANDI

FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

“Airfinity” şirkətinin analitiklərinin fikrincə, bu ölkələrə ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri daxildir. Analitiklərin məlumatına görə, onların hələ bağlanmamış tədarük və sövdələşmələr sayəsində daha 1,5 milyard vaksin almaq niyyətindədirlər.

Mütəxəssislər bu “təcavüzkar satınalma”nın digər ölkələri pis vəziyyətdə qoyacağından qorxurlar.

Agentliyin məlumatına görə, ABŞ və Böyük Britaniya “Sanofi” və “GlaxoSmithKline Plc.”, Yaponiya isə “Pfizer” şirkəti ilə müqavilə imzalayıb.

Məqalə müəllifləri vaksin dozasının bütün dünya əhalisi üçün kifayət etməyəcəyindən narahatdırlar.

“Report”

Digər xəbərlər