Banner

Dövlət

ABŞ-ın İran sanksiyaları üzrə nümayəndələri Bakıya gəldi...

ABŞ-ın İran sanksiyaları üzrə nümayəndələri Bakıya gəldi... | FED.az
16:45 16 Noy 2018

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu 13-16 noyabr tarixlərində hökumət nümayəndələri  və biznes liderləri ilə görüşmək üçün Bakı, Tiflis və İrəvana səfər ediblər. 

Bu ziyarət ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və İranla bağlı məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu olub.

Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

Nümayəndə heyəti suallara cavab verib. ABŞ-ın İranın şiddətli və stabilliyi pozan davranışını hədəf alan və İran rejiminin davranışını maksimum iqtisadi, diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulanıb.

Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər. 

Digər xəbərlər

Banner