Dövlət

Azərbaycanda iri dövlət şirkətlərinə - NƏZARƏT ARTIRILIR

Azərbaycanda iri dövlət şirkətlərinə - NƏZARƏT ARTIRILIR | FED.az
08:40 29 Mart 2019

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiyanın tərkibindən çıxarılıb.

FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, baş nazirin birinci müavininin sədri olduğu Komissiyanın tərkibi iqtisadiyyat, malyyə və vergilər nazirləri, Mərkəzi Bankın sədrindən ibarət olacaq.

Digər dəyişiklik iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının proqnoz göstəriciləri ilə əlaqədardır. Dəyişikliyə əsasən, iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə, Komissiya tərəfindən həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılacaq.

Eləcə də bax: “PAŞA Sığorta” nəticələrini - AÇIQLADI

Digər xəbərlər