Banner

Dövlət

Azərbaycanda neftdən sonrakı dövr başlayır – İLHAM ƏLİYEV

Azərbaycanda neftdən sonrakı dövr başlayır – İLHAM ƏLİYEV | FED.az
20:12 31 Mart 2020

Dünya bazarında neftin qiymətinin 21-22 dollara düşməsi faktiki olaraq Azərbaycanda postneft (neftdən sonrakı) dövrün başlanması deməkdir.

Eləcə də bax: Prezident: “Pandemiya iqtisadi inkişafımıza böyük əngəl törədir və törədəcək”

FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib. Dövlət başçısı bildirib ki, neftin belə aşağı qiymətləri faktiki olaraq postneft dövrünün başlanmasıdır: «Mən dəfələrlə demişəm və həyat onu göstərir ki, biz elə işləməliyik, elə yaşamalıyıq, sanki biz postneft dövründə yaşayırıq. İndi neftin qiyməti 21-22 dollar olan zaman, faktiki olaraq bu, bizim üçün postneft dövrüdür.

Biz bu dövrə hazırlıq işləri görmüşük və bu hazırlıq işləri hələ ki, davam edir.

 Ona görə sahibkarlardan da çox şey asılıdır. Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik.

Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxa biləcəyik».

Digər xəbərlər

Banner