Dövlət

Azərbaycanda “Qeyri-formal məşğulluğa nəzarət” gücləndirilir - PREZİDENTDƏN FƏRMAN

Azərbaycanda “Qeyri-formal məşğulluğa nəzarət” gücləndirilir - PREZİDENTDƏN FƏRMAN | FED.az
16:19 25 Fev 2020

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Prezident Fərman imzalayıb.

Eləcə də bax: Qeyri-rəsmi məşğulluqla mübarizə gücləndiriləcək – HÖKUMƏTƏ TAPŞIRIQ

FED.az xəbər verir ki, Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nı təsdiqləyib.

FED.az xəbər verir ki, sistemə inteqrasiya olunacaq qurumlar aşağıdakılardır.

      Sıra №-si

  İnformasiya sisteminin və ehtiyatının adı

     1

                                                      2

 1.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə

1.1.

“Giriş-çıxış və qeydiyyat" idarələrarası məlumat-axtarış sisteminin “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemi

 2.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə

2.1.

“Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

2.2.

“Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi

2.3.

“Fərdi elektron pəncərə” elektron məlumat sistemi

 3.

Azərbaycan Respublikasının  İqtisadiyyat Nazirliyi üzrə

3.1.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

3.2.

Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi

3.3.

Ünvan Reyestri İnformasiya Sistemi

4.

Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə

4.1.

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə informasiya ehtiyatı

5.

Azərbaycan Respublikasının  Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi üzrə

5.1.

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi

 6.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə

6.1.

İcazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron informasiya sistemi

 7.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə

7.1.

Milli Təhsil Məlumat Bazası

8.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə

8.1.

Tibb kadrlarının vahid reyestri

 9.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə

9.1.

Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi

9.2.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi

 10.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə

10.1.

 Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı

 11.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə

11.1.

Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi

 12.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə

12.1.

Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri

12.2.

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi

12.3.

“Şagird-məzun” dövlət elektron məlumat sistemi

 13.

Dövlət Miqrasiya Xidməti üzrə

13.1.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

 14.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə

14.1.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsində

vahid elektron informasiya sistemi

 15.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə

15.1.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin “Analitik Monitorinq Sistemi”

16.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə

16.1.

“Azərsu” ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi

 17.

“Azərişıq”Açıq Səhmdar Cəmiyyəti üzrə

17.1.

“Azərişıq” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası

 18.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz”

İstehsalat Birliyi üzrə

18.1.

Qaz abunəçiləri üzrə informasiya ehtiyatı

 

Digər xəbərlər