Dövlət

Azərbaycanda referendum keçiriləcəkmi? - HÖKUMƏTDƏN QEYRİ-RƏSMİ AÇIQLAMA

Azərbaycanda referendum keçiriləcəkmi? - HÖKUMƏTDƏN QEYRİ-RƏSMİ AÇIQLAMA | FED.az
21:41 2 Avq 2021

"Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur".

FED.az xəbər verir ki, bu barədə "Report"a hökumətdəki mənbələrdən məlumat veriblər.

Xarici şirkətdən devalvasiya ehtimalı: MANAT DƏYƏRDƏN DÜŞƏ BİLƏR – MƏRKƏZİ BANK NARAHATLIĞA ƏSAS GÖRMÜR

"Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq", - mənbə qeyd edib. 

Banner
Banner

Digər xəbərlər