“Azərsu” ASC koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması təşəbbüslərinə qoşulub.
Qurumdan FED.az-a verilən məlumata görə, "Azərsu" Azərbaycan Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürüb.