Banner

Dövlət

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq - RƏSMİ

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq - RƏSMİ | FED.az
14:12 4 İyun 2020

"Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir".

Eləcə də bax: TƏCİLİ: Əksər sahələrdə işlər dayandırılır – BAŞ NAZİRDƏN YENİ QƏRAR

FED.az xəbər verir ki, bu fikirlər Baş Nazir Əli Əsədovun müraciətində yer alıb.

"Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - müraciətdə bildirilib. (Report)

Digər xəbərlər

Banner