Dövlət

Bakıda taksilərin dezinfeksiyası başladı - VİDEO

Bakıda taksilərin dezinfeksiyası başladı - VİDEO | FED.az
15:35 5 Mart 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

FED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində  “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik  dezinfeksiya edilməsi təmin olunur. Heydər Əliyev Aeroportunda xidmət göstərən taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Hava Limanında xidmət edən “Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur.

Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.

 

Bakıda taksilərin dezinfeksiyası başladı - VİDEO | FED.azBakıda taksilərin dezinfeksiyası başladı - VİDEO | FED.azBakıda taksilərin dezinfeksiyası başladı - VİDEO | FED.az

Digər xəbərlər

Banner