Dövlət

Baş nazir icra başçıları ilə - İCLAS KEÇİRDİ

Baş nazir icra başçıları ilə - İCLAS KEÇİRDİ | FED.az
21:01 18 İyun 2021

Bu gün, iyunun 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycanın iş adamı: «Açıq-aşkar görünür ki, qurulma işdir, götürürlər sağlam kəpənəyi, qoyurlar pomidorun üstünə şəklini çəkirlər» - MÜSAHİBƏ 

FED.az-ın məlumatına görə, iclasda Komissiyanın üzvləri və təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.

İclas zamanı, dəymiş ziyanın aradan qaldırılması sahəsində indiyə qədər görülmüş işlərə dair məlumatlar dinlənilib, konkret istiqamətlər və işlərin sürətləndirilməsinə dair tapşırıqlar verilib. 

Banner
Banner

Digər xəbərlər