Dövlət

Bayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri - İşləməyəcək

Bayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri - İşləməyəcək | FED.az
15:36 8 May 2021

Ramazan bayramı ilə əlaqədar olaraq 9-15 may tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

"ASAN xidmət"dən FED.az-a verilən məlumata görə, 16 may tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

15 may tarixində isə vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Banner
Banner

Digər xəbərlər