Dövlət

Deputatların əmək haqqı artırıldı - MƏBLƏĞ MƏLUM OLDU

Deputatların əmək haqqı artırıldı - MƏBLƏĞ MƏLUM OLDU | FED.az
16:21 22 Okt 2019

Gələn il üçün Milli Məclis deputatlarının əmək haqqı və parlamentin ezamiyyə xərclərinə ayrılan vəsaitin məbləği məlum olub.

FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.

Eləcə də bax: “Deputat maaşım bir az da çox olsa, daha yaxşı olar” - MÜSAHİBƏ

Sənəddə qeyd edilib ki, Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min  manat, ezamiyyə xərclərinə isə 1 milyon, 830 min manat vəsait ayrılacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

Apa

Digər xəbərlər

Banner