Dövlət

Elektrik qurğularının quraşdırılması - QAYDASI TƏSDİQLƏNDİ

Elektrik qurğularının quraşdırılması - QAYDASI TƏSDİQLƏNDİ | FED.az
20:35 11 Fev 2020

Nazirlər Kabineti “Elektrik qurğularının quraşdırılması Qaydası”nı təsdiq edib.

FED.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, “Elektrik qurğularının quraşdırılması Qaydası” təsdiq edilib.

Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

Digər xəbərlər

Banner