Dövlət

Əli Əsədov və BP-nin baş icraçı direktoru arasında -Telefon Danışığı Olub

Əli Əsədov və BP-nin baş icraçı direktoru arasında -Telefon Danışığı Olub | FED.az
15:02 11 Avq 2020

Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Eləcə də bax: BP-dən Azərbaycandakı biznesin gələcəyi ilə bağlı - AÇIQLAMA

Nazirlər Kabinetinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər

Banner