Banner

Dövlət

Fonda edilən ianə - 100 MİLYONU ÖTDÜ

Fonda edilən ianə - 100 MİLYONU ÖTDÜ | FED.az
10:33 5 Aprel 2020

Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 109 198 984 manat ianə edilib.

FED.az xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 2452 hüquqi, 7144 fiziki şəxs ianə köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

Digər xəbərlər

Banner