Dövlət

Hökumətdəki dəyişikliklərlə bağlı – İLK RƏSMİ AÇIQLAMA

Hökumətdəki dəyişikliklərlə bağlı – İLK RƏSMİ AÇIQLAMA | FED.az
21:19 14 Yan 2019

Prezident İlham Əliyevin fərmanları ilə yanvarın 14-də aparılan struktur dəyişiklikləri ilə bağlı hökumətdən ilk açıqlama gəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı FED.az-a bildirib ki, struktur islahatları idarəetməni daha çevik və yığcam edəcək, biznes mühitini təkmilləşdirəcək və və rəqabəti gücləndirəcək, eləcə də büdcə vəsaitlərinə qənaətə imkan verəcək. 


ELƏCƏ DƏ BAX: 7 qurum ləğv edildi – FƏRMAN

«Struktur islahatları, xüsusilə,  “Azərsilah” ASC və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstərəcək, iqtisadiyyatın rəqabət qabiliyyətini və qeyri-neft ixracını artıracaq, idxalı əvəzləyəcək və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərini yüksəldəcək»-deyə V.Qasımli bildirib. 

Onun sözlərinə görə, dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir.

Bununla yanaşı, Mərkəzin rəhbəri qeyd edib ki, dəyişikliklər aparılan qurumlarda ciddi ixtisarlar olmayacaq: «Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı sosial tarazlıq qorunub. Bu dəfə də  struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıb».

 

Digər xəbərlər

Banner