Dövlət

İlham Əliyev: «Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük vaxtı gəlib çatmayıb»

İlham Əliyev: «Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük vaxtı gəlib çatmayıb» | FED.az
22:05 23 Dek 2019

Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya olunmuş sazişi imzalanmamasının səbəblərindən biri Avropa tərəfinin Azərbaycan qarşısında ticarətlə bağlı tələblərin qoyulmasıdır.

Eləcə də bax: Prezident müsahibəsində hansı məsələlərdən danışıb? - CANLI -VİDEO

FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bildirib. «Bildiyiniz kimi, Azərbaycan ÜTT-yə üzv deyil, baxmayaraq ki, bir neçə ölkə ilə biz ikitərəfli formatda müzakirələri başa vurmuşuq. Ancaq mən hesab edirəm ki, hələ ki (Azərbaycanın ÜTT-yə üzvlüyü üçün – FED.az) vaxt gəlib çatmayıb»-deyə prezident bildirib.

Prezident bildirib ki, Azərbaycanın ixracının əsas hissəsi neft-qaz məhsullarıdır, bu məhsulları ixrac etmək üçün də ÜTT-üə üzvlük lazım deyil: «Digər tərəfdən bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı və yerli istehsalın artımıdır və bu vəziyyətdə biz daxili bazarı qorumalıyıq. Əgər biz indi ÜTT-yə üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye və kənd təsərrüfatı sektorunda, böyük poblemlərlə üzləşə bilərlər.

Azərbaycana ola bilsin ki, keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləlikdə yerli istehsala böyük ziyan vurulacaq».

Prezident onu da qeyd edib ki, hazırda ÜTT-nin çərçivəsində böhran yaşanır: «Bildiyiniz kimi, ABŞ bu təşilatda öz üzvlüyünə yenidən baxır, eləcə də bu təşkilata üzv və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, bizim bu məsələ ilə ehtiyatla yanaşmımamız əsaslı və məntiqlidir».

İlham Əliyev: «Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük vaxtı gəlib çatmayıb» | FED.azİlham Əliyev: «Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük vaxtı gəlib çatmayıb» | FED.azİlham Əliyev: «Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük vaxtı gəlib çatmayıb» | FED.az

Digər xəbərlər