Dövlət

İlham Əliyev generalı işdən çıxartdı - SƏRƏNCAM

İlham Əliyev generalı işdən çıxartdı - SƏRƏNCAM | FED.az
19:07 15 May 2020

Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini general-leytenant Əfqan Vəli oğlu Nağıyev vəzifəsindən azad edilib.

Eləcə də bax: “Tutulanların acı həyatını yaşamaq istəmirlərsə...”

FED.az xəbər verir ki, Prezident İlham Əliyev mayın 15-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Ə. Nağıyev və 4 vəzifəli şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3-cü (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Digər xəbərlər