Dövlət

İlham Əliyev inflyasiyadan danışdı

İlham Əliyev inflyasiyadan danışdı | FED.az
08:39 23 İyul 2021

Prezident İlham Əliyev ölkədə inflyasiya səviyyəsinin məqbul səviyyədə olduğunu bildirib.

"Orada cəmi 25 min nəfər var, hər şeyi görürük, çünki ayağımızın altındadırlar"

FED.az xəbər verir ki, dövlət başçısı bunu Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

«İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir»-deyə prezident bildirib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə inflyasiya 4,3% təşkil edib. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,9%, qeyri-ərzaq malları 3,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 3,5% bahalaşıb.

İlin ilk yarısında qiymət artımı prosesi əhalinin gəlirlərinin azalması ilə müşayiət olunub. Statistika Komitəsinin məlumatına görə, ilk yarım ildə əhalinin adambaşına düşən nominal gəlir 2 755,4 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır.

Banner
Banner

Digər xəbərlər

Banner