Dövlət

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri - ARTIRILIR

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri - ARTIRILIR | FED.az
11:06 3 Avq 2020

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik təklif olunur.

Eləcə də bax: Dövlət Büdcəsi niyə dəyişdirilir? – HÖKUMƏTDƏN RƏSMİ AÇIQLAMA

FED.az xəbər verir ki, dəyişikliklə fondun gəlir və xərcləri artırılır.

Sənəddə qeyd edilib ki, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir.

Digər xəbərlər