Dövlət

Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri - İşdən Çıxarılıb

Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri  - İşdən Çıxarılıb | FED.az
15:54 10 Avq 2020

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Eləcə də bax: Əbülfəs Qarayevi, hələlik, o əvəz edir - AÇIQLANDI

FED.az xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A.Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. (Apa)

Digər xəbərlər