Dövlət

Vergi Məcəlləsinə dəyişikliklər 1-ci oxunuşda - QƏBUL EDİLİB

Vergi Məcəlləsinə dəyişikliklər 1-ci oxunuşda - QƏBUL EDİLİB | FED.az
13:56 14 Noy 2019

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

FED.az xəbər verir ki, müzakirələrdən sonra müvafiq qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

FED.az-ın məlumatına görə, hazırlanan layihədə sənəddə 154 maddə və yarımmaddə dəyişdiriləcək.

Eləcə də bax: Vergi Məcəlləsinin «ən pis» maddəsi dəyişdirilir - AÇIQLAMA

Dəyişikliklər aşağıdakı sahələrə aiddir:

Elektron vergi hesab-fakturanın ləğvi və əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi üzrə - 33 maddədə.

ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşmanın tətbiqi (kassa metodu) üzrə - 17 maddədə.

Bina tikintisində sadələşdirilmiş verginin ləğvi üzrə - 16 maddədə.

Yalan əqdlər və riskli vergi ödəyiciləri üzrə - 15 maddədə.

Aksiz dərəcələrinə yenidən baxılması üzrə - 12 maddədə.

Azadolmalar üzrə - 13 maddədə.

POS-terminalların quraşdırılmasına nəzarət və yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi üzrə - 4 maddədə.

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə üzrə - 3 maddədə.

Mərkəzləşdirilmiş qaydada uçotu alınma üzrə - 3 maddədə.

Tikinti şirtkətləri tərəfindən yaşayış və qeyri yaşayış sahələrindən dövlətə ayrılan hissədən vergitutma üzrə - 3 maddədə.

Transmilli Şirkətlər Qrupu üzrə hesabatlılıq üzrə - 2 maddədə.

Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda digər dövlətin vergi orqanları ilə birgə yoxlamaların keçirilməsi üzrə - 2 maddədə.

Redaktə və dəqiqləşdirmə xarakterli - 31 maddədə.

Vergi Məcəlləsinə ediləcək - BÜTÜN DƏYİŞİKLİKLƏR - 2020-Cİ İL - TAM MƏTN

Digər xəbərlər