Dövlət

Milli Məclisə növbədənkənar seçkilərin - TƏQVİM PLANI

Milli Məclisə növbədənkənar seçkilərin - TƏQVİM PLANI | FED.az
17:15 7 Dek 2019

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.

Eləcə də bax: Azərbaycanda 40 min nəfər birləşib Milli Məclisə - QANUN TƏQDİM EDƏ BİLƏCƏK

FED,az xəbər verir ki, MSK sədri Məzahir Pənahov bildirib ki, prezident İlham Əliyevin 5 dekabr tarixli sərəncamına əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2020- ci ilin fevralın 9-da keçiriləcək. Təqvim Planına əsasən, namizədlərin irəli sürülməsi prosesi də artıq başlanıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.

Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək MSK-ya təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.

Digər xəbərlər