Banner

Dövlət

Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA

Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA | FED.az
11:14 4 Dek 2019

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərdə bir sıra “supriz” namizədlərin olacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

FED.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib:

Eləcə də bax: Misir Mərdanov: “Yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”

“Bəli, İnşallah mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) nazmizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir. Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz sualına isə M.Mərdanov  “İnşallah. Allah qoysa...”, - cavabını verib.

Eləcə də bax: Bu deputatlar 2020-ci ildə - NAMİZƏD OLMAYACAQLAR - SİYAHI

Digər xəbərlər

Banner