Dövlət

Nazirlər Kabinetinin - SƏLAHİYYƏTİ ARTIRILIB

Nazirlər Kabinetinin - SƏLAHİYYƏTİ ARTIRILIB | FED.az
21:02 14 Noy 2019

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb.

FED.az "APA"ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bu gün fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Eləcə də bax: Baş nazir doktoranturaya qəbul qaydalarında - DƏYİŞİKLİK ETDİ

İndiyə qədər Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək səlahiyyəti olub. Dəyişikliyə əsasən, Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq verəcək.

Digər xəbərlər