Dövlət

Nazirlər Kabinetinin son qərarının iş icazəsinə təsirində - 3 VACİB MƏQAM

Nazirlər Kabinetinin son qərarının iş icazəsinə təsirində - 3 VACİB MƏQAM | FED.az
12:38 26 İyun 2020

Baş Nazir Əli Əsədovun imzaladığı 25 iyun 2020-ci il tarixli, 228 saylı qərarla Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında qərara dəyişiklik edilib. Qeyd edək ki,  Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 saylı qərarı ilə həmin ərazilər üzrə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən eidlib.

Eləcə də bax: Evdən çıxmaq üçün icazələrdə - ÜÇ YENİ DƏYİŞİKLİK VAR

Yeni qərarla dəyişikliklərin iki məqsədi var: “E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin tətbiqi və www.icaze.e-gov.az portal üzrə iş icazəsinin alınmasının sərtləşdirilməsi.

FED.az xəbər verir ki, ekspert Anar Bayramov  www.icaze.e-gov.az portal üzrə dəyişikliklərdəki 3 vacib məqam haqqında məlumat verib:

  • Bəzi sahələr üzrə işləməyə icazə verilən işçilərin sayının məhdudlaşdırılması

Nazirlər Kabinetinin 228 saylı qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Qərardan göründüyü kimi, bütün fəaliyyət sahələri üzrə yox, müəyyən konkret sahələr üzrə işçilərin ümumi sayının 50 faizindən çox olmamaq tələbi qeyd edilib.  Həmin sahələrə aşağıdakılar aiddir:

  1. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı (4.4.);
  2. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri (4.11.);
  3. mühəndislik və layihələndirmə xidmətləri (4.12.);
  4. qablaşdırma məhsullarının istehsalı (4.14.);
  5. daş, metal və taxta məhsullarının istehsalı (4.15.);
  6. mebel istehsalı və təmiri (4.16.);
  7. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri (5.4.);
  8. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri (5.5.);
  9. onlayn satışlar (5.6.).
  10. kimyəvi təmizləmə (6.2.);
  11. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi (6.3.);
  12. avtomobillərin təmiri (6.4.);
  13. avtomobil yuyulma məntəqələri (6.5.);
  14. heyvan sığınacaqları. (6.6.);
  15. tərcümə xidmətləri (9.2.);

Göründüyü kimi, 15 fəaliyyət sahəsi üzrə işçilərin ümumi sayının 50 faizindən çox olmamaqla icazə almaq tələbi qeyd edilib.

Misal 1.  Mebel istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin 6 işçi var. Bu zaman vergi ödəyicisi eyni vaxtda 3 işçi üçün www.icaze.e-gov.az – dan icazə ala bilər.

Misal 2. Pərakəndə ticarət fəaliyyəti üzrə ərzaq məhsullarının satış mağazasının və ya yanacaqdoldurma məntəqəsinin 10 işçisi var. Bu zaman işəgötürən eyni vaxtda 10 işçisini icazəsini aktiv edə biləcək. Çünki, ərzaq məhsullarının satış mağazasının və ya yanacaqdoldurma məntəqəsi üzrə 50 faizlik hədd tətbiq edilən sahəyə aid edilmir.

İndi isə iş icazəsi ilə bağlı fərqli məqamlara baxaq.

Misal 3. Avtomobillərin təmiri fəalliyəti ilə məşğul olan işəgötürənin 8 işçisi var. Bu zaman işəgötürən artıq uyğun bildiyi 4 işçinin iş icazəsini ləğv etməlidir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi açıqlama yayıb ki, əgər işəgötürən 50 faizlik həddə əməl etməzsə, o zaman avtomatik olaraq həmin həddə iş icazələri ləğv ediləcək. Yəni, 15 sahəyə uyğun gələn işəgötürən mütləq olaraq 50 faizlik həddini gözlənilməsi üçün öncədən alınmış iş icazələri üzrə düzəlişləri etməlidir.

Misal 4.  Daş, metal və taxta məhsullarının istehsalı sahəsində çalışan işəgötürənin 20 işçisi var. İşəgötürənin həm Bakı, həm də Qubada obyekti olduğundan işçilərdən müvafiq olaraq 12 və 8 nəfəri həmin ərazilərdə çalışır. Bu zaman artıq 50 faiz hədd Bakı şəhərinə şamil olunacaq, yəni maksimum 6 işçiyə icazə almaq mümkün olacaq. Quba rayonu karantin rejim tətbiq  olunan əraziyə aid edilməyindən həmin obyektdə çalışan 8 nəfər üçün ümümi iş icazəsi sayına daxil edilmir.

Misal 5. Tikinti materiallarının satışını həyata keçirən, 6 işçisi olan işəğötürən qərar verir ki, işçiləri “bir həftə ev, bir həftə ofis” prinspi ilə işə cəlb etsin. Bu zaman ilk həftə üzrə yalnız 3 işçinin icazəsi  aktiv edilir. Növbəti həftə isə 3 işçinin iş icazələri dayandırıır və əvəzinə yeni 3 işçisinin icazəsi aktiv edilir.

Fikrimizcə, Nazirlər Kabinetinin qəraında 50 faizlik işçi məhdudiyyətində minimal tələb gözlənilməlidir. Misal üçün, tikinti sahəsində 2 işçisi olan işəğötürənin bir işçisi kassir digəri isə fəhlə olaraq çalışır. Yeni qərardan sonra işəgötürən bir işçi saxlamalıdır, bu zaman mümkün deyil ki, fəhlə həm də kassir vəzifəsini yerinə yetirsin və ya əksinə. 

  • Mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayına məhdudiyyətlərin qoyulması

Nazirlər Kabinetinin yeni qərarı ilə Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Qeyd edək ki, qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri dedikdə, yazının əvvəlində qeyd etdiyimiz 15 sahə nəzərdə tutulur.

Misal 1. Tərcümə xidməti fəaliyyəti göstərən işəgötürənin icazə verilən işçi sayı 10 nəfərdir. Bu zaman xidmət müqaviləsi üzrə icazə verilən şəxslərin sayı 3 nəfərdən çox ola bilməz.

  • İcazə.e-gov.az portalı üzrə məhdudiyyət və yeniliklərin tətbiqi

Qeyd edək ki, icaze.e-gov.az portalı üzrə müəyyən məhdudiyyətlər və yeniliklər tətbiq edilib. 

✔Bugünədək daxil edilən icazələrin içində hərəkət etmək;

Məhdudiyyət ondan ibarətdir ki, işəğötürən 25 iyun 2020-ci il tarixinə daxil etdiyi işçilər üzrə hərəkət edə bilər.

Misal 1.  Çatdırılma xidməti sahəsində fəaliyyət göstərən işəgötürənin 10 işçisi var. İşəgötürən sifarişlərin çoxluğunu nəzərə alaraq, 2 əlavə işçini işə qəbul edir. Amma işəğötürən yeni iki işçini daxil etmək üçün mütləq 2 aktiv işçinin iş icazəsini dayandırılmalıdır. Yəni, işəğötürənin sərt karantin rejimdə işçi sayı 10 işçidən artıq ola bilməz.

Misal 2. Bank olmayan kredit təşkilatı qərar verir ki, 22 iyundan etinarən Bakı filialı üzrə 10 işçinin 6-si ofisdən, 4 nəfər isə evdən işləsin. İşəgötürənin qərarına əsasən, evdən işləyən 4 işçinin aktiv icazəsi ləğv edilib. Növbəti həftə evdən işləyən 4 nəfərin ofisdən işləməsi üçün mütləq olaraq 6 işçinin 4-nün iş icazəsi ləğv edilməlidir ki, portal yeni işçini daxil etməyə imkan versin.

Bundan əlavə,  İcaze.e-gov.az-da aşağıdakı yeni funksionallıqlar yaradılıb:

✔İcazəsi alınan şəxsin telefon nömrəsini daxil etmək;
✔Təşkilatın öz nömrəsini və email ünvanını daxil etmək;
✔Dövlət və ya özəl təşkilat olduğunu qeyd etmək.

 

Sonda bir məsələni də qeyd edək ki, Nazirlər Kabineti 25 iyun 2020-ci il tarixli qərarının şərhini də hazırlayıb ki, bu çox təqdirəlayiqdir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. (Mks)

Digər xəbərlər

Banner