Dövlət

Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ

Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ | FED.az
09:23 26 İyun 2020

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sərt karantin tətbiq edilən şəhər və rayonlarda fəaliyyətinə icazə verilmiş təşkilatlara müraciət edib.

Eləcə də bax: Azərbaycanda hərəkətinə icazə verilən işçi sayına - MƏHDUDİYYƏT QOYULUR

Dövlət Agentliyindən FED.az-a bildirilib ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Qeyd olunub ki, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:

"Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.

Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir".

Digər xəbərlər

Banner