Dövlət

Orduya pul köçürmək asanlaşdı - MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Orduya pul köçürmək asanlaşdı - MƏRKƏZİ BANKDAN AÇIQLAMA | FED.az
15:26 1 Okt 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirib. 

AMB-dan FED.az-a bilrilib ki, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

"İctimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər"-deyə Mərkəzi Bankın məlumatında bildirilir.

Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilmişdir.

Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri

Bankın adı:

Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı

Bankın ünvanı:

Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A

Bankın telefonları:

(012) 562 99 41, (012) 562 93 37

Kod:

805584

VÖEN:

9900001881

Müxbir hesab:

AZ03NABZ01350100000000002944

S.W.İ.F.T Cod:

IBAZAZ 2X

Benefisiarın adı:

S.Q.Y.F MN

VÖEN:

1300162621

Hesablaşma hesabları:

 

AZN

AZ98IBAZ38040019449930010202

ABŞ DOLLARI

AZ88IBAZ38140018409930010202

AVRO

AZ68IBAZ38140019789930010202

RUSİYA RUBLU

AZ08IBAZ38140018109930010202

 

Digər xəbərlər

Banner