Dövlət

Pakistan Hindistanın yaşayış məntəqələrini atəşə tutub

Pakistan Hindistanın yaşayış məntəqələrini atəşə tutub | FED.az
08:38 28 Fev 2019

Pakistan Hindistanın şimalında yerləşən yaşayış məntəqələrini atəşə tutub.

FED.az "Asian News International" nəşrinə istinadən xəbər verir ki, hadisə Hindistanın Cammu və Kəşmir ştatında baş verib.

Bildirilir ki, Hindistan hərbçiləri Punç dairəsində Pakistanın hücumunu dəf edə biliblər.

Daha əvvəl Ağ ev Hindistan və Pakistanı vəziyyəti sabitləşdirməyə çağırıb.

Eləcə də bax: Pakistanın baş nazirindən Hindistana müraciət 

Digər xəbərlər

Banner