Banner

Dövlət

Pakistanla Hindistan arasında növbəti insident: 200-ə yaxın ailə köçürüldü

Pakistanla Hindistan arasında növbəti insident: 200-ə yaxın ailə köçürüldü | FED.az
15:34 4 Mart 2019

Səhər saatlarında Pakistanla Hindistan arasında növbəti silahlı insident baş verib. 

FED.az xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb. 

Pakistan tərəfinin məlumatına görə, ilk olaraq Hindistan ordusu atəş açıb. Pakistan tərəfi isə cavab atəşi açıb. Atışma üç saata yaxın davam edib. 

Hindistan tərəfi insident zamanı ölən və ya xəsarət alanların olmadığını açıqlayıb. 

“TRT Haber”in xəbərinə görə, Kəşmiri ayıran nəzarət xəttinin Pakistan tərəfindəki Azad Kəşmir bölgəsində yaşayan 200-ə yaxın ailə insident zamanı evlərindən təxliyyə edilib və hökumətin qurduğu üç sığınacağa yerləşdirilib. 

Pakistanın hökumət nümayəndəsi Muazzam Zəfər ailələrin köçürülməsinə səbəb kimi Hindistan tərəfinin toplardan həmin ərazini atəşə tutmasını göstərib. O bildirib ki, ailələr sığınacaqda geyim, qida və dərman vasitələri ilə təmin edilib.

Digər xəbərlər

Banner