Dövlət

Prezident Bərdədə müşavirə keçirdi

Prezident Bərdədə müşavirə keçirdi | FED.az
14:47 26 Mart 2018

Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Dövlət başçısı müşavirədə çıxış edib. Çıxışın tam mətnini buradan oxumaq olar.

Daha sonra müşavirədə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış edib.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

Daha sonra “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub. Fermerlər Fatma Hüseynovaya, Tofiq İsmayılova və Fazil Musayevə 1-ci dərəcəli “Əmək” ordenləri təqdim edilib.

Digər xəbərlər

Banner