Dövlət

Prezident: "Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək"

Prezident: "Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək" | FED.az
17:30 31 Mart 2020

"Koronavirusla bağlı indi ölkələr özlərini təcrid ediblər. Bu da təbiidir və biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar - artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir".

FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Bizim yanaşmamız hesab edirəm ki, ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə qabaqlayıcı tədbirlərin görülməsinin nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması. Və bu gün hesab edirəm ki, dünya miqyasında, baxmayaraq ki, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, amma müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Və bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir, ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək. Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək", - dövlət başçısı əlavə edib.

Report

Digər xəbərlər