Dövlət

Prezident bu sazişləri - TƏSDİQ ETDİ

Prezident bu sazişləri - TƏSDİQ ETDİ | FED.az
17:11 14 Noy 2019

Prezident İlham Əliyev bir neçə hökumətlərarası sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

FED.az xəbər verir ki, dövlət başçısının fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında”, “ Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında” və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” sazişlər təsdiq edilib.

Eləcə də bax: Azərbaycan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda sazişlər imzaladı

Modern

 

Digər xəbərlər