Dövlət

Prezident Sumqayıta pul ayırdı - SƏRƏNCAM

Prezident Sumqayıta pul ayırdı - SƏRƏNCAM | FED.az
16:56 27 Yan 2020

FED.az xəbər verir ki, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında  Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Eləcə də bax: Nəhayət, Naxçıvanda da “ASAN xidmət” mərkəzi olacaq - PREZİDENTDƏN SƏRƏNCAM

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Digər xəbərlər