Banner

Dövlət

“Səma-555” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna – İANƏ EDİB

“Səma-555” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna – İANƏ EDİB | FED.az
17:18 25 Mart 2020

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda bütün dünyanın, o cümlədən, ölkəmizin mübarizə apardığı pandemiyaya qalib gəlmək məqsədilə  həmrəyliyə dəvət edib, onları  iş yerlərində və yerləşdikləri ərazidə mövcud virusdan qorunma qaydalarının təbliğinə çağırıb.

FED.az xəbər verir ki, “Norm”un çağırışına qoşulan şirkətlərdən biri  də şirkətin rəsmi distribütoru “Səma-555” MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 manat ianə etməklə əsl vətəndaş mövqeyi nümayiş etdirib.

“Səma-555” şirkəti virusa yoluxmanın qarşısınının alınması üçün nəzərdə tutulan qaydalara iş yerlərində riayət etməklə yanaşı, dilerlər şəbəkəsinin də lazımi qaydada məlumatlandırılması, dezinkeftə edici vasitələrlə və tibbi maskalarla təmin edilməsi üçün aktiv fəaliyyətə başlayıb.

“Səma-555” MMC özünüzün və ətrafdakı insanların sağlamlığı üçün hər birinizi bu mübarizəyə qoşulmağa, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlim və tövsiyələrinə əməl etməyə, yaşlı insanlara dəstək olmağa, sosial məsafə  qaydalarını həyatınızda təbiq etməyə çağırır.

Unutmayaq ki, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə miqyaslı qabaqlayıcı, kompleks tədbirlərin həyata keçirildiyi bir zamanda hər bir vətəndaş ən azı şəxsi gigiyena qaydalarına riayət etməkdən məsuldur.

Digər xəbərlər

Banner