Dövlət

“Turizm indi sıfır səviyyəsindədir” - İlham Əliyev

“Turizm indi sıfır səviyyəsindədir” - İlham Əliyev | FED.az
00:08 16 May 2020

Qarşıdakı aylarda Azərbaycanda iqtisadi artımın daha da aşağı düşəcəyi gözlənilir.

FED.az xəbər verir ki, bunu prezident ilham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda bildirib.

"Hazırda demək olar ki, bütün ölkələrin ümumi daxili məhsulu zərbə altındadır. Bununla belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək"- deyib dövlət başçısı.

Onun sözlərinə görə, sənaye sektorunda vəziyyət daha yaxşıdır, amma bəzi sahələrdə fəaliyyət tamamilə dayanıb: "Bizim qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub. Lakin, əlbəttə, koronavirus ümumi daxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq. İqtisadiyyatın hazırda tam bağlandığı sahələrdə işlərini itirmiş insanları qorumaq üçün bunu edirik. Məsələn, turizm. O, indi sıfır səviyyəsindədir. Bir sözlə, bu məsələlər hazırda daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi onun üzərinə yönəldəyəcəyik".

Digər xəbərlər