Ekologiya

Sabaha olan hava proqnozu - AÇIQLANDI

Sabaha olan hava proqnozu - AÇIQLANDI | FED.az
13:20 23 Aprel 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a  verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.

Digər xəbərlər

Banner