Ekologiya

Şənbə gününün - HAVA PROQNOZU

Şənbə gününün - HAVA PROQNOZU | FED.az
14:07 17 İyul 2020

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26,  gündüz  31-36, Bakıda  gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.  

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu  gecə 22-27, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 18-19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Digər xəbərlər