Banner

Energetika

27 dollar, 35 dollar, 45 dollar - NEFTƏ YENİ PROQNOZ

27 dollar, 35 dollar, 45 dollar - NEFTƏ YENİ PROQNOZ | FED.az
17:41 24 Aprel 2020

Rusiya Mərkəzi Bankı 2020-ci il üçün “Urals” markalı neftin bir barelinin orta illik qiymətləri ilə bağlı proqnozunu 55 ABŞ dollarından 27 ABŞ dollarına qədər endirib.

FED.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Mərkəzi Bankının İdarə Heyətinin illik iclasına istinadən açıqlanan orta müddətli proqnozu ilə bağlı hazırlanan hesabatda deyilir.

Hesabata əsasən, 2021-ci ildə Rusiya Mərkəzi Bankı ilkin baza ssenarisində “Urals” markalı neftin illik qiymətinin əvvəlki fevral versiyasına görə hər barel üçün 50 ABŞ dolları əvəzinə 35 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

2022-ci ildə Mərkəzi Bank neftin qiymətləri ilə bağlı proqnozunu əvvəlki proqnoza görə 50 ABŞ dolları əvəzinə 45 ABŞ dolları səviyyəsində olacağını bildirir.

Report

Digər xəbərlər

Banner