Banner

Energetika

ABŞ-da neft hasilatı üç həftədir ki, azalıb

ABŞ-da neft hasilatı üç həftədir ki, azalıb | FED.az
08:34 23 Aprel 2020

ABŞ-da neft hasilatı ardıcıl olaraq üç həftədir ki, azalır – 11-17 aprel tarixləri ərzində gündəlik həcm 100 min barel azalaraq 12,2 milyon barelə düşüb.

FED.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin materiallarında qeyd olunub.

Fevralın əvvəlindən başlayaraq ABŞ-da neft hasilatı sutkada 13 milyon barel və yuxarı olub. Ancaq martın sonlarından etibarən hasilat düşməyə başlayıb və son üç həftədə sutkada 800 min barel enib. Bununla yanaşı, 28 mart-3 aprel tarixlərində ABŞ-da neft hasilatında 2019-cu il 19 iyuldan bəri ən güclü enmə qeydə alınıb – həftə ərzində gündəlik 600 min barel düşüb.

Son dörd həftə ərzində ölkədə orta neft hasilatı gündəlik 12,475 milyon barelə enib.

Digər xəbərlər

Banner