Banner

Energetika

ABŞ Ər-Riyad və Moskva ilə neft hasilatına dair - DANIŞIQLAR APARMIR

ABŞ Ər-Riyad və Moskva ilə neft hasilatına dair  - DANIŞIQLAR APARMIR | FED.az
11:59 4 Aprel 2020

Ağ Ev Səudiyyə Ərəbistanı və ya Rusiya ilə neft hasilatının azaldılması barəsində razılaşma ilə əlaqədar danışıqlar aparmır, lakin Ər-Riyad və Moskvanın öz aralarında belə bir razılığa gəlmələrini istəyir. 

Eləcə də bax: "Neft hasilatının sutkada 10 milyon barrel azaldılması - KİFAYƏT DEYİL"

FED.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji katibi Dan Bruyett cümə günü ölkəsinin enerji sənayesi nümayəndələri ilə telefon danışığı zamanı deyib.

Məlumata əsasən, D. Bruyett qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanı və Rusiya Federasiyasını razılığa gəlməyə çağırır. 

Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trump inanır ki, bu yaxın günlərdə baş verə bilər.

Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

Buna baxmayaraq, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti D. Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Apa

Digər xəbərlər

Banner