Energetika

ABŞ-ın neft-qaz şirkəti - Azərbaycandan Çıxır

ABŞ-ın neft-qaz şirkəti - Azərbaycandan Çıxır | FED.az
15:11 5 Avq 2020

Amerika Birləşmiş Ştatlarının neft-qaz sektorunda fəaliyyət göstərən “International Snubbing Services LLC” şirkəti də Azərbaycandakı fəaliyyətinə xitam verir.

Eləcə də bax: İki Britaniya şirkəti Azərbaycan bazarından çıxır

FED.az Banker.az-a istinadən xəbər verir ki, “International Snubbing Services LLC” şirkətinin Azərbaycandakı filialı elan edib ki, buradakı filialı ləğv ediləcək.

Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark III, 12-ci mərtəbə ünvanına bildirə biləcəyi bildirilib.

Şirkət 1982-ci ildə yaradılıb. Baş ofisi ABŞ-ın Luiziana ştatındadır.

Digər xəbərlər

Banner