Energetika

AÇG və Şahdəniz üzrə gəlirlər - AÇIQLANIB

AÇG və Şahdəniz üzrə gəlirlər - AÇIQLANIB | FED.az
17:01 1 Aprel 2020

Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb.

Fonddan FED.az-a verilən məlumata görə, aprelin 1-nə olan göstəriciyə əsasən, AÇG yatağından gəlirlər 1 671 milyon ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 100 milyon ABŞ dolları təşkil edib.

Analoji dövrdə Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2 834 milyon ABŞ dolları olub.

Digər xəbərlər