ABŞ-ın WTI markalı neftinin may fyuçerslərinin bir barel üçün qiyməti mənfi 4,6 dollaradək enib.
Eləcə də bax: Təcili: ABŞ nefti “diriltmək” üçün – 75 MİLYON XAM NEFT ALIR
FED.az xəbər verir ki, bu barədə Nyu-York Ticarət Birjasında məlumat verilir.
Eyni zamanda, WTI üçün iyun fyuçerslərinin qiyməti 0,54% azalaraq bir barel üçün 20,32 dollar, “Brent” markalı neft qarışığı isə 10,25% azalaraq 22,95 dollar təşkil edib.
Qeyd edək ki, ötən gün WTI markalı neftin (mayda təhvil vermək şərti ilə) qiyməti NYMEX birjasında 300% enərək bir barelə görə mənfi 37,63 dollara təşkil edib.