Energetika

ARDNF bu il AÇG-dən 2,5 mlrd dollar - Gəlir Əldə Edib

ARDNF bu il AÇG-dən 2,5 mlrd dollar - Gəlir Əldə Edib | FED.az
10:27 6 Avq 2020

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 2,485 mlrd ABŞ dolları vəsait daxil olub.

Eləcə də bax: AÇG və Şahdəniz yataqlarının gəliri - AÇIQLANIB

FED.az bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu müddət ərzində “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından isə ARDNF 215,5 mln ABŞ dolları gəlir əldə edib.

​​Bu həcmin 149 mln dolları kondensatın payına düşüb. 

Digər xəbərlər