Energetika

Azərbaycan nefti 2019-cu ildən bəri - ƏN YÜKSƏK HƏDDƏ

Azərbaycan nefti 2019-cu ildən bəri - ƏN YÜKSƏK HƏDDƏ | FED.az
09:03 15 İyun 2021

Azərbaycan neftinin qiyməti növbəti psixoloji həddi keçib.

Dövlət Neft Şirkətindən FED.az-a bildirilib ki, iyunun 14-də neftin bir barelinin qiyməti 74 dolları keçərək 74,61 dollar olub. Bu 2019-cu ilin mayından indiyədək neftin ən yüksək qiymətidir.

Son gün neft 63 sent bahalaşıb.

Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan neftinin qiyməti 51 dollar idi. İndiyədək neft 23 dollardan çox bahalaşıb.

Banner
Banner

Digər xəbərlər