Energetika

Azərbaycanda “Aİ-95” markalı benzinin - Qiyməti Qalxdı

Azərbaycanda “Aİ-95” markalı benzinin - Qiyməti Qalxdı | FED.az
10:25 31 İyul 2021

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.

Eləcə də bax: Azərbaycan benzin ixracını - Bərpa Edib

FED.az  xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.  

O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: “Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”. 

Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu. (Oxu.az)

Banner
Banner

Digər xəbərlər

Banner