Energetika

Qaz borcunu 1 aya ödəməyənlərin - Qazı Kəsiləcək

Qaz borcunu 1 aya ödəməyənlərin - Qazı Kəsiləcək | FED.az
17:10 26 Yan 2021

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

Eləcə də bax: "Azəriqaz"ın yeni sayğacları vətəndaşları aldadırmı? - ŞİKAYƏT - RƏSMİ AÇIQLAMA

FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə "mavi yanacaq" verilişi avtomatik dayandırılacaq.

"Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq. 30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur", - deyə o, qeyd edib.

R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək. (Report)

Banner

Digər xəbərlər