Banner

Energetika

Azərbaycanda qaz hasilatı - 10% ARTIB

Azərbaycanda qaz hasilatı - 10% ARTIB | FED.az
17:57 14 Aprel 2020

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil edib.

FED.az xəbər verir ki, bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.

Məlumata görə, I rübdə ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 milyard kubmetr, neft hasilatı 9,3 milyon ton təşkil edib.

Bildirilib ki, SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.

Report

Digər xəbərlər

Banner